Rusiya qadınlar və uşaqlar ilə özünü müfadiə edir və müharibə qaydalarını pozur

Rusiya qadınlar və uşaqlar ilə özünü müfadiə edir və müharibə qaydalarını pozur

Rusiya təcavüzkarı beynəlxalq humanitar hüququn qadağan etdiyi hərbi strategiya və taktikalardan istifadə edir, dinc əhalinin arxasında gizlənir və yaşayış məntəqələrində hərbi texnika yerləşdirir.

Rusiya Federasiyası Belarus Respublikasında aviasiya texnikasını toplamağa və xüsusi təyinatlı qüvvələrin istifadəsini davam edir. Hal-hazırda Maçulişi hərbi aerodromunda 50-dən çox təyyarə, 10 helikopter və 2 An-124 təyyarəsi var. Baranoviçi və Maçulişi hava limanları davamlı olaraq Ukraynaya nəqliyyat təyyarələri göndərir.

Belarus komandanlığı da bölmələrinin bir hissəsini tam döyüş hazırlığına gətirib.

Ukraynaya hücum zamanı rus qoşunları beynəlxalq humanitar hüquqla qadağan olunmuş hərbi strategiya və taktikalardan istifadə edir, xüsusi ilə mülki infrastrukturu ələ keçirir, Ukrayna silahlı qüvvələrinin, Ukraynanın hüquq-mühafizə orqanlarının və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin hərbi geyimlərindən istifadə edir, xüsusi təyinatlı hərbi hissələrin təxribat bölmələri xəstəxanalardan və təcili tibbi yardım məntəqələrindən qanunsuz ələ keçirilən təcili tibbi yardım və polis maşınlarından istifadə edir.

Terrorçular uşaq yay düşərgələrinin və məktəblərin binalarını zəbt edirlər. Düşmənin artilleriya və çoxsaylı reaktiv yaylım atəş sistemləri idman meydançalarında yerləşir.

Bu yaxınlarda Kiyevdə işğalçıların nişanı ilə üç təcili yardım maşını müşahidə olunub.

Xerson vilayətinin Geniçesk rayonunda rus işğalçıları yaşayış binalarına MSTA-C artilleriya qurğuları yerləşdiriblər.

Uşaq və qadınların arxasında gizlənən zirehli texnika koloniyası Makarivdən Kiyevə doğru hərəkət edir.

Lakin Baş Qərargahın məlumatına görə, düşmən qüvvələri mənəvi və psixoloji cəhətdən zəifləyib. Çerniqov vilayətinin Koryukovka kəndi yaxınlığında Rusiya Silahlı Qüvvələri silahları yerə qoyub təslim olmağa hazırdırlar.

Ukraynanın hər yerində yüzlərlə yararsız zirehli maşın və tank mövcuddur.

Fevralın 27-nə olan məlumata görə (Şərqi Avropa vaxtı ilə 18:00), düşmən qüvvələri 4500-ə yaxın şəxsi heyətini itirib.

Məhv edilmiş və zədələnmiş hərbi texnikalar arasında 27-yə yaxın təyyarə, 26 helikopter, 150-yə yaxın tank, 700-dən çox zirehli döyüş maşını, 50-yə yaxın top, bir SA-11 Gadfly, 4 ədəd BM-21 “Dolu” reaktiv yaylım atəş sistemi, 60 sistern, 2 ədəd sürətli taktiki səviyyəli pilotsuz təyyarə (PUA), həmçinin 2 gəmi və qayıq var.

Корреспондент

Leave a Reply