Rusiyanı necə bölməli?

Rusiyanı necə bölməli?

Rusiya xarici işlər naziri Sergey Lavrovun qrup yoldaşı Andranik Miqranyanla rus imperializminin qızğın təbliğatçısı Konstantin Zatulin 1997-ci ildə yazdıqları “MDB: tarixin başlanğıcı və ya sonu. Mərhələlərin dəyişdirilməsi” başlıqlı məqaləsində yer alan tezislər bir neçə ildən sonra Vladimir Putinin siyasətinin əsasını təşkil etməyə başladı. Ukraynaya hərbi müdaxilənin ideoloji əsası da həmin məqalə ilə qoyulmuşdu. “Rusiya üçün yaxın xaric təkcə onun təsir dairəsi deyil, çoxəsrlik təcrübə göstərir ki, Rusiyanın yaşaması və möhkəmlənməsi uğrunda mübarizə meydanıdır”.

Məqalə müəllifləri qeyd edirdilər ki, Rusiyanın ikinci problemi odur ki, ruslar bölünmüş xalqdır. Rusların 17 faizinin Rusiya Federasiyasından kənarda yaşadığı qeyd olunur və onların ana vətənləri ilə birləşmək hüququnun təmin edilməsi önə sürülürdü. Əsas kimi isə etnik rusların Ukrayna, Qazaxıstan və digər ölkələrdə assimilyasiya məruz qalacaqları, ən yaxşı halda isə zorla qovulacaqları qeyd edilirdi.

Bu ideoloji tezislər Rusiyanın xarici siyasətinin əsasını təşkil etdikdən sonra öncə Gürcüstanın, ardınca Ukraynanın işğalı başladı. Əgər Rusiya Ukraynada uğur qazansa onun növbəti hədəfi Qazaxıstan olacaq.

Qərbin Rusiyaya yönəlik siyasəti son 30 ildə bir qayda olaraq baş verən hadisələrə qiymət verməkdən ibarət olduğu üçün effektli olmadı. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü Qərbin Moskvaya yönəlik siyasətinin tamamilə dəyişdirilməsini tələb edir. Qərb Rusiyanın tərkibindəki milli respublikaların beynəlxalq hüquqla tanınan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanıdığını bəyan etməlidir. Bundan başqa mənsub olduqları xalqlarının öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi uğrunda mübarizə aparan təşkilatları Qərb ölkələri həmin xalqların qanuni və ligitim təmsilçisi olaraq tanımalıdır. Məsələn, “Azad İdel-Ural” hərəkatı Volqa bölgəsinin yerli xalqlarının qanunu və ligitim təmsilçisi kimi tanınmalıdır. Eyni yanaşma Rusyadakı bütün milli respublikaların xalqlarının təmsilçilərinə müasibətdə tətbiq olunmalıdır.

“Azad İdel-Ural” hərəkatı Mordoviya, Çuvaşiya, Mari El, Tatarıstan, Udmurtiya və Başqırdıstanı əhatə edən, ümumi sərhəd, iqtisadi məkan və kollektiv təhlükəsizlik sisteminə malik birliyinin yaradılması uğrunda mübarizə aparır. Bu mübarizənin uğuru Qərbin dəstəyindən çox asılıdır. Əgər bu məqsədə nail olunsa dünyanın siyasi xəritəsinə ərazisi 322 400 kvadratkilometr, əhalisinin sayı 12 milyon nəfər olan müstəqil bir dövlət daxil olar. Bu proses Rusiyanın bölünməsi prosesinin qansız, dinc yolla həyata keçirilməsinin təminatı ola bilər.

Rusiyanın bölünməsi zamanı Şimali Qafqazda yarana biləcək yeni siyasi vəziyyətlə bağlı fikirlərimi sizinlə başqa bir yazıda bölüşəcəm.

Xaqani Ceferli

Корреспондент

1 comment so far

Asif Yusifli Posted on22:21 - 22.03.2022

Rusiya imperya sərhədlərində qaldıqca dinc durmayacaq. Onu milli sərhədlərə sıxışdırmaq, əsarətdə olan xalqlara azadlıq vermək lazımdır.

Leave a Reply